Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

16:06 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək.

Hafta.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 16-dan 22-dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

"Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur".